Polisə hücum edən pişiyi həbs etdilər


Tailandın paytaxtı Banqkokda bir polis bölməsinə gətirilən itkin düşmüş pişik, oradakı əməkdaşları cırmaqlayıb və dişləyib.

Turkustan.az xəbər verir ki, bu səbəbdən pişik zarafat məqsədilə "həbs" olunub.

Pişiyin pəncələrindən də barmaq izləri götürüldükdən sonra fotosu da çəkilib.Polis əməkdaşı Da Parinda Pakisuk həmin pişiyi evinə apararaq ona müvəqqəti sığınacaq verib.

Pakisuk bu hadisəni “Sadəcə ac idim, heç kimi dişləmək istəmirdim” qeydi ilə paylaşdıqdan sonra pişik sosial mediada məşhurlaşıb.Bunun nəticəsində sahibi onu daha tez tapıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ