Ağdaşda avtomobil qatara çırpıldı: yaralılar var


Ağdaş rayonunda avtomobil dəmiryolu keçidində qatara çırpılıb.

Turkustan.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə az öncə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.

İlkin məlumata görə, maşının qatarla toqquşması nəticəsində 3 nəfər ağır xəsarət allb.

Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.

***

Ağdaşda qatarla toqquşan "Mersedes" markalı minik avtomobilində olan və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralılar Ucar rayonu Qazıqumlax kənd sakinləri olub.

1994-cü il təvəllüdlü Emil Lətifov, 1996-cı il təvəllüdlü Xasməmmədov Pərvin Nizami oğlu və 1988-ci il təvəllüdlü Şirinov Ceyhun Tanrıverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.


MANŞET XƏBƏRLƏRİ