"Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqların icarə müddəti 15 ildən 99 ilə qədər müəyyən edə bilər. Bu müddət ərzində icarəçi torpaqdan istifadə hüququna malikdir. Lakin torpağın mülkiyyəti dövlətə aiddir".
Bunu Milli.Az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzeliyev deyib.
O bildirib ki, bu cür uzun müddətli icarə müqavilələri xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün əlverişli şərait yaradır:
"Lakin bu müqavilələrin müddəti başa çatdıqda torpaq sahəsinin geri alınması məsələsi mübahisəli bir mövzuya çevriləcək. Hər hansısa bir torpaq sahəsinin çıxarışı varsa, artıq həmin torpaq mülkiyyət hüququ olduğuna görə o torpaqlar toxunulmazdır. Lakin ötən illərə nəzər salsaq, 90-cı illərdə vətəndaşlara verilmiş torpaq sahələri kolxoz bağlar idarə tərəfindən verilirdi. Daha sonra rayon icra hakimiyyəti tərəfindən sərəncam əsasında torpaqlar ayrıldı. Daha sonra isə bələdiyyələr tərəfindən sərəncam və qərarlar əsasında vətəndaçlara torpaq sahələri ayrıldı. Sərəncam əsasında ayrılan torpaq sahələri müddətli olur ki, həmin müddət ərzində vətəndaş hər hansı yaşayış evi inşa etməsə, həmin torpağı özəlləşdirməsə, gələcəkdə həmin torpaqlar dövlət tərəfindən verildiyinə və təyinatı üzrə istifadə olunmadığına görə geri alına bilər. Həmin torpaqlar vətəndaşların istifadəyə üçün verildiyinə görə müddətli olurdu. Müddətləri 99, 49 illik və digər müddətli olur. Lakin o torpaqların verilmə müddəti artıq 30 ildən artıq bir müddətdir verilib".
Ekspert bildirir ki, bu müddətli icarələr adətən böyük kənd təsərrüfatı layihələri, sənaye zonaları və ya turizm obyektləri üçün tətbiq olunur:
"Sıx yaşayış massivləri içərisində kiçik həcmli torpaq sahələri varsa və vətəndaş ondan istifadə tikməyibsə, o torpaq sahələri toxunulmur. Amma vətəndaş böyük əraziləri hektarlar torpaq sahələri alıb, təyinatı üzrə istifadə etməyib, həmin torpağı özəlləşdirməyibsə, o torpaqlar dövlət balansında qalır. Həmin torpaqlar dövlət torpağı tanındığına görə gələcəkdə həmin torpaqlar vətəndaşdan dövlət ehtiyacı üçün geri alına bilər".
Araşdırmalar göstərir ki, Azərbaycanda 99 illik torpaq icarəsi hüquqi baxımından mülkiyyət deyil. Müqavilənin davam etdirib etdirilməməsi hüququ baxımdan dövlətin mövqeyindən və ərazinin strateji əhəmiyyətindən asılıdır.