Kreml: Gündəmimizdə Putin-Tramp görüşü yoxdur


Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin hazırda ABŞ prezidenti Donald Trampla danışmaq fikrində olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, son günlər Trampın Putindən narazılığı artır.

ABŞ prezidenti xəbərdarlıq edib ki, Rusiya lideri Kiyevlə atəşkəs danışıqlarına qoşulmaqdan imtina edərək "odla oynayır"

Trampın sözlərinə cavab olaraq Kreml prezident Trampın sülh səylərini alqışladığını və Putinin Rusiyanın milli maraqlarını hər şeydən üstün tutduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ