Bakıda iş adamı sakini qəsdən maşınla vurdu – ANBAAN VİDEO+Detallar


Bakıda yaşayan Şərur rayon sakini Firudin Bağırov evinin qarşısında avtomobillə vurulub.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Məlumata görə, bir qrup şəxs F.Bağırovun qapısına gələrək onunla dava edib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, hadisə mayın 20-si qeydə alınıb:

“Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

/globalinfo.az


MANŞET XƏBƏRLƏRİ