Azərbaycanda film istehsalı sənayesi gücləndirilir - SƏRƏNCAM


Prezident İlham Əliyev mayın 29-da Azərbaycanda kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını Azərbaycanı seçməyə təşviq etmək məqsədilə imzalanıb.

Sərəncama əsasən, kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarının bir ay müddətində təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Həmçinin sərəncamda deyilir: "Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının inkişafı, o cümlədən yerli film istehsalçıları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici film istehsalçılarını Azərbaycan Respublikası ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalına cəlb etmək bu baxımdan olduqca əhəmiyyətlidir".


MANŞET XƏBƏRLƏRİ