Əl Ərəbiyyə televiziyası bildirib ki, İsrail və Həmas Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağında məhbus mübadiləsi və müvəqqəti atəşkəslə bağlı son təklifini qəbul edib.
Turkustan.az xəbər verir ki, Əl Ərəbiyyə televiziyası İsrail və HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağında məhbus mübadiləsi və müvəqqəti atəşkəslə bağlı son təklifini qəbul etdiyini və Trampın “yaxın saatlarda razılaşmanı açıqlayacağını” bildirib.
Səudiyyə Ərəbistanında yerləşən Əl Ərəbiyyə televiziyası adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, İsrail və Həmas Qəzzada məhbus mübadiləsi və müvəqqəti atəşkəs üçün son layihəni qəbul etdiklərini Witkoffa çatdırıblar.
ABŞ prezidenti Trampın yaxın saatlarda əsir mübadiləsi və müvəqqəti atəşkəs razılaşmasını açıqlayacağı iddia edilib.
Əl-Ərəbiyyənin iddiası ilə bağlı rəsmi mənbələrdən hələlik heç bir açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az