Azərbaycanda ZƏLZƏLƏ oldu


Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub

Turkustan.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb.

Bildirilib ki, yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.


MANŞET XƏBƏRLƏRİ