Müharibədə gərginlik artdıqca gözlənilən addım Çindən gəldi


Çin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə sürətlə artan münaqişənin daha geniş regional böhrana çevrilə biləcəyindən narahatlığını bildirib və münaqişənin diplomatik yollarla həlli üçün təşəbbüslər irəli sürəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki,Pekin bölgəyə xüsusi nümayəndə göndərməyi və tərəflərlə birbaşa əlaqə quraraq gərginliyi azaltmağa çalışmağı planlaşdırdığını bildirib.

Çin rəsmiləri ABŞ və İsrailin İrana hücumlarından sonra bölgədəki hərbi gərginliyin sürətlə artdığını və qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaratdığını vurğuladılar. Pekin bütün tərəfləri atəşkəsə riayət etməyə çağırdı və münaqişənin daha da genişlənməməli olduğunu bildirdi.

Son həftələrdə İran və İsrail arasında qarşılıqlı hücumlar Yaxın Şərqdə gərginliyi əhəmiyyətli dərəcədə artırıb. İsrailin İrandakı hərbi və strateji hədəflərə hücumları ilə başlayan münaqişə, İranın ballistik raketlər və dronlardan istifadə edərək cavab zərbələri ilə daha da şiddətlənib. ABŞ-ın da bəzi İran hərbi hədəflərini hədəf alan əməliyyatları dəstəklədiyi iddiaları böhranın beynəlxalq miqyas almasına səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ