Bakı və Sumqayıtda da zəlzələ olacaq? - Qurban Yetirmişli açıqladı


"Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur, xırda təkanlar yenidən gözlənilir".

Turkustan.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, enerji tam boşalıb fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır.

"Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir".

Qeyd edək ki, bu gün Şamaxıda 5 bala yaxın zəlzələ qeydə alınıb.


MANŞET XƏBƏRLƏRİ