İran İsrailə qarşı dördüncü cavab hücumunu həyata keçirib.
Turkustan.az xəbər verir ki, məlumata görə, İsrailin bir çox şəhərində hava hücumu sirenləri səslənib, Qüdsdə isə partlayış səsləri eşidilib.
Qətər yüksək təhlükəsizlik riskləri səbəbindən Dohadakı ABŞ səfirliyinin yaxınlığında yaşayan vətəndaşlarını təxliyə etmək qərarı verib. Vətəndaşlara səfirlik ərazisindən uzaq durmaları barədə xəbərdarlıq edilib.
Bu arada İranın paytaxtı Tehranda da güclü partlayışların baş verdiyi bildirilib. İran tərəfi isə dünən Türkiyə istiqamətində hərəkət etdiyi müəyyən edilərək məhv edilən sursatın əslində Türkiyəyə yönəlmədiyini açıqlayıb.
Regionda gərginlik davam edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da diqqətçəkən paylaşım edib. Ərdoğan müdafiə sənayesində istehsal olunan silahların sınaq prosesindən görüntülər paylaşaraq mesaj verib. Onun paylaşımı bəzi çevrələr tərəfindən “Özünüzə güvənməyin, ağıllı olun” xəbərdarlığı kimi şərh edilib.
Aytən Yaşar/ Turkustan.az