ŞOK: Trampa sui-qəsd planının arxasında İranın olduğu iddia edildi


ABŞ-da prezident Donald Tramp da daxil olmaqla bir neçə siyasətçiyə sui-qəsd hazırlamaqda ittiham olunan pakistanlı Asif Merchant, planın İran İnqilab Keşikçiləri ilə əlaqəli şəxslər tərəfindən hazırlandığını iddia edib.

Turkustan.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, Nyu-Yorkun Bruklin şəhərindəki federal məhkəmədə terrorizm və qatil tutmaq ittihamları ilə mühakimə olunan Merchant ifadəsində İran İnqilab Keşikçiləri ilə əlaqəli şəxslərlə birlikdə Amerika siyasətçilərinə qarşı sui-qəsd planı hazırladığını bildirib.

İranda ailəsinin təhlükəsizliyi üçün planda iştirak etməyə məcbur edildiyini iddia edən Merchant, tapşırığına qatilləri işə götürmək, müəyyən sənədləri ələ keçirmək və etirazlar təşkil etmək daxil olduğunu bildirdi.

Merchant bildirib ki, onunla əlaqə saxlayanlar hədəf kimi Trampı, ABŞ-ın keçmiş prezidenti Co Baydeni və ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş daimi nümayəndəsi Nikki Heylini göstəriblər.

ABŞ Ədliyyə Nazirliyi 7 avqust 2024-cü ildə İranla əlaqəsi olduğu iddia edilən Asif Merchantın ABŞ ərazisində siyasi sui-qəsdlər planlaşdırmaqda ittiham olunduğunu açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ