Dron məktəbin yaxınlığına belə düşüb – Hücum anının YENİ VİDEOSU


Xəbər verdiyimiz kimi, martın 5-də İrandan Naxçıvana dron hücumu olub.

Turkustan.az xəbər verir ki, İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. PUA-nın qalıqları məktəbin yaxınlığından götürülüb.

Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ