İranın raket arsenalını gizlətmək üçün yerin altında tikilmiş “raket şəhərləri” adlandırılan tunel kompleksləri ABŞ və İsrailin zərbələrinin əsas hədəflərindən birinə çevrilib.
Turkustan.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Təyyarələr və PUA-lar tunellərdən çıxan raket buraxılış qurğularını məhv edir. Eyni zamanda, bunkerə nüfuz edən bombalar tunellərin girişlərini və yerüstü infrastrukturunu hədəfə alır.
ABŞ komandirlərinin bildirdiyinə görə, həyata keçirilən zərbələr nəticəsində yüzlərlə raket, buraxılış qurğusu və PUA məhv edilib. Bunun fonunda İranın raket buraxılışlarının sayı son dörd gün ərzində təxminən 86% azalıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. /axar.az/