Azərbaycanda ard-arda zəlzələ oldu


Şamaxıda ikinci zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

xxx

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.


MANŞET XƏBƏRLƏRİ