Avropanın yuxusu qaçdı! Meloni ölkəsinin atacağı ilk addımı açıqladı


Yaxın Şərqdəki müharibə ilə bağlı təhlükəsizliklə bağlı narahatlıqlar artdıqca İtaliyanın Baş naziri Giorgia Meloni diqqətəlçəkən bir açıqlama verdi.

Turkustan.az xəbər verir ki,Meloni İtaliyanın Körfəz ölkələrinə hava hücumundan müdafiə dəstəyi göndərməyi planlaşdırdığını söylədi.

Meloni bölgədə artan gərginlik səbəbindən müttəfiq ölkələrin təhlükəsizliyinin əhəmiyyət kəsb etdiyini və İtaliyanın müdafiə sahəsində töhfə verməyə hazır olduğunu bildirdi. O, əlavə etdi ki, Körfəz ölkələrinə hava hücumundan müdafiə sistemləri və ya digər müdafiə dəstəyi göndərilməsi nəzərdən keçirilir.

İtaliya Baş naziri həmçinin ölkəsinin ABŞ tərəfindən istifadə üçün ayrılmış hərbi bazalara ev sahibliyi etdiyini xatırlatdı. Lakin o, bu bazaların İrana qarşı bombardman əməliyyatları üçün istifadə ediləcəyi iddialarını rədd etdi.

Meloni hazırda bu bazalardan hücum məqsədləri üçün istifadə ilə bağlı heç bir sorğu olmadığını vurğuladı; "İtaliyada ABŞ-ın istifadəsi üçün ayrılmış bazalar var. Lakin bu bazalar bombardman üçün istifadə olunmayacaq. Hazırda belə bir sorğu yoxdur. Biz müharibə vəziyyətində deyilik."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ