İranın hücumundan sonra Naxçıvanla bağlı hamını düşündürən sualın CAVABI


İran ərazisindən Naxçıvana qarşı həyata keçirilən dron hücumlarından sonra müxtəlif suallar yaranıb.

Məsələn, Naxçıvanda Hava Hücumundan Müdafiə (HHM) sistemləri varmı?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Naxçıvanın hava məkanının mühafizəsi üçün Əlahiddə Ümumqoşun Ordunun tabeliyində müasir, çoxşaxəli HHM sistemləri fəaliyyət göstərir:

“Azərbaycan bu münaqişədə heç vaxt iştirak etməyib. Ərazimizdən İrana qarşı heç bir fəaliyyət həyata keçirilməyib. Buna görə də İranın Azərbaycan ərazisinə – Naxçıvanın hava limanına və Şəkərabad kəndinə endirdiyi zərbələr ləyaqətsiz, xain hücumun nəticələridir. Azərbaycan tərəfi bu hücuma görə İranın dərhal üzr istəməsini və hücumu həyata keçirən hərbi qulluqçuların cəzalandırılmasını tələb edir. Əks halda, bu hücumun İranın molla rejiminin göstərişi ilə həyata keçirildiyi qənaətinə gələ bilərik”.

edalet 1681289097

Ədalət Verdiyev

Ekspert bildirib ki, bu hücumla bağlı ağlabatan və məntiqli izah verilməzsə, Azərbaycan bunu ölkəmizə qarşı müharibə elanı kimi qəbul edə bilər:

“Xatırladıram ki, Azərbaycanın Türkiyə və Pakistanla hərbi və müdafiə sahəsində əməkdaşlığa dair müvafiq müqavilələri mövcuddur. Həmin müqavilələrin işə düşməsi İran dövlətinin yox olması ilə nəticələnə bilər”.


MANŞET XƏBƏRLƏRİ