Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib. Nəticədə dörd nəfər xəsarət alıb.
Əldə etdiyimiz məlumata görə, hücum zamanı xəsarət alanlar Cəfərov Əsəd Vidadi oğlu (1998), Zülfüqarov Zülfuqar Məmməd (1996), Əsgərov Mehdi Mətləb oğlu (1996) və Vəliyeva Reyhanə Sabir qızıdır (1986).
Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Hazırda onları hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir./Bizim.Media