Dünya tikan üstündə! O, bir-birinin ardınca raketlər ataraq "Mən də buradayam!" dedi


Yaxın Şərqdə davam edən müharibə qlobal təhlükəsizlik tarazlığını sarsıtdığı bir vaxtda Şimali Koreya hərbi gücünü nümayiş etdirmək üçün yeni bir addım atıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkənin yeni esminesi olan Çoe Hyondan həyata keçirilən strateji kruiz raketinin sınağını şəxsən izləyib.

Şimali Koreya dövlət mediasının məlumatına görə, sınaq zamanı esminesdən atılan strateji kruiz raketləri təyin olunmuş hədəfləri uğurla vurub. Pxenyan bildirib ki, sınaq donanmanın uzaq mənzilli dəqiq zərbə imkanlarını təsdiqləyib və yeni döyüş gəmisinin əməliyyat imkanlarını sınaqdan keçirmək üçün keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ