İsrail Prezident Trampa heç nə diktə etmir və İsrail Amerikanı müharibəyə sürükləmir.
Turkustan.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib.
“Başa düşürəm ki, bu müharibə Amerikada çox populyar deyil. Çünki adətən insanlar müharibənin bütün incəliklərini bilmirlər və onu əvvəlki və digər müharibələrlə müqayisə edirlər.
Bu isə fərqli müharibədir. Bu, məqsədyönlü müharibədir. Bu müharibə elə bir dövrdə baş verir ki, Yaxın Şərqdə gələcək üçün həqiqətən böyük dəyişikliklər etmək mümkündür”, - o bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir. /axar.az/