Qızartma yağının beyin hüceyrələrini öldürdüyü ortaya çıxdı


Hər gün yediyimiz qidaların bədənimizə bir çox təsiri ola bilər. Son araşdırmalar, təkrar istifadə edilən qızardılmış yağda bişirilən qidaların beyində degenerasiyaya səbəb ola biləcəyini ortaya çıxarıb.

Uzun illərdir ki, qızardılmış qidaların sağlamlığa zərərli olub-olmadığı müzakirə olunur. Əslində sağlamlığımıza zərər verən qızartma deyil, istifadə olunan yağdır. Qızartma yağları bir dəfədən çox istifadə edilərsə və istifadələr arasında uzun müddət keçərsə, mütləq kanserogendir.

Turkustan.az xəbər verir ki, araşdırmalara görə, təkrar istifadə edilən qızartma yağında bişirilən qidalar beyində degenerasiyaya səbəb ola bilər. Bu, dəfələrlə istifadə edilən yağda bişirilmiş qidalardan istifadə edənləri risk altında qoyur.

Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin illik yığıncağında təqdim edilən araşdırmada elm adamları daha sağlam qidalanan siçanlarla müqayisədə təkrar istifadə edilən dərin qızardılmış yağ istehlak edən siçanlarda neyrodegenerasiyanın daha yüksək səviyyədə olduğunu müşahidə ediblər. Oxşar problemlər siçanların nəsillərində də müşahidə olunub.

Tədqiqatçılar neyrodejenerasiyanın artmasının qaraciyər, bağırsaq və beyin arasındakı əlaqə şəbəkəsinə təsir edən yağla əlaqədar olduğunu düşünürlər. Bu şəbəkə qaraciyər-bağırsaq-beyin oxu adlanır və bunun nevroloji xəstəliklərlə əlaqəli olduğu bilinir.

Tədqiqatçılardan biri Tamil Nadu Mərkəzi Universitetindən dosent Kathiresan Şanmuqam dərin yağda qızartmanın müxtəlif metabolik pozğunluqlarla əlaqəsinin bilindiyini və uzunmüddətli təsirlərinin öyrənilmədiyini bildirir. Şanmuğam vurğulayır ki, araşdırma ilk dəfə olaraq uzunmüddətli qızartma yağının neyrodegenerasiyanı artırdığını göstərir.

Şanmuğam deyir ki, qızardılmış yemək tez-tez eyni yağdan təkrar istifadə etməyi tələb edir, bu da onun qida dəyərini azaldır və tərkibində zərərli birləşmələr yaradır.

Nəticə olaraq, sağlamlığınız üçün qızartma yağınızı təkrar istifadə etməyin. Mümkün qədər az yağda qızartmağı seçin və birdəfəlik yağlardan istifadə edin.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ