Kişilər özlərini 9 növ xərçəngdən necə qoruya bilər? - Alimlərin MƏSLƏHƏTİ


Elm adamları yeni bir araşdırmada yaxşı ürək-tənəffüs məşqləri edən kişilərdə doqquz növ xərçəngə tutulma ehtimalının əhəmiyyətli dərəcədə azaldığını aşkar ediblər.

Turkustan.az-ın xarici mediaya istinadən xəbərinə görə, birincisi, qeyd edilir ki, ən faydalı fitness aerobik məşqləri yerinə yetirməkdir. Bunlara yanaşı qaçış, velosiped sürmə, üzgüçülük və pilləkənlərə qalxma faydalıdır.

Tədqiqat zamanı isveçli mütəxəssislər orta hesabla 33 il ərzində 1 milyondan çox kişinin sağlamlığına nəzarət ediblər. Xəstə kimi 1968-2005-ci illər arasında İsveçdə hərbi xidmətə çağırılmış kişilər seçilib.

Tədqiqatın əvvəlində hər bir iştirakçı böyümə faktorları, çəki, qan təzyiqi, əzələ kütləsi və kardiorespirator uyğunluğu qiymətləndirmək üçün lazım olan testlərdən keçib.

Alimlərin sözlərinə görə, bütün tədqiqat dövrü ərzində təxminən 84.000 kişi xərçəng xəstəliyinə tutulub. Onlar qaçışçıların, üzgüçülərin və velosipedçilərin 9 növ xərçəngə tutulma ehtimalının əhəmiyyətli dərəcədə az olduğunu aşkar ediblər:

• baş və boyun xərçəngi;

• mədə xərçəngi;

• mədəaltı vəzi xərçəngi;

• qaraciyər xərçəngi;

• bağırsaq xərçəngi;

• düz bağırsağın xərçəngi;

• böyrək xərçəngi;

• ağciyər xərçəngi;

• qida borusu xərçəngi.

Təhlillərin nəticələrinə görə, tədqiqatda iştirak edilən kişilərdə kardiorespirator qabiliyyəti yüksək olanlarda onkoloji inkişaf riski aşağıdakı kimi azalıb:

• baş və boyun xərçəngi – 19 faiz;

• mədə xərçəngi – 39 faiz;

• mədəaltı vəzi xərçəngi – 21 faiz;

• qaraciyər xərçəngi – 40 faiz;

• bağırsaq xərçəngi - 18 faiz;

• düz bağırsağın xərçəngi – 5 faiz;

• böyrək xərçəngi – 20 faiz;

• ağciyər xərçəngi – 42 faiz;

• qida borusu xərçəngi – 12 faiz.

Ekspertlər bu nəticələrin gələcəkdə ictimai səhiyyə siyasətinin işlənib hazırlanmasında istifadə olunacağına ümid etdiklərini bildiriblər. Onlar həmçinin gənc nəslin idmana vaxt ayırması üçün yeni stimul açdıqlarına ümid edirlər. /lent.az/


MANŞET XƏBƏRLƏRİ