10 noyabr gecəsi Ukrayna qoşunları Velikiy Novqoroddan 60 km cənubda, Staraya Russa şəhərindəki 123-cü təyyarə təmiri zavoduna hücum edib.
Turkustan.az xəbər verir ki, “Krımskiy veteran” müəssisənin dronlarla vurulduğunu yazıb.
Hücum nəticəsində zavodda güclü yanğın baş verib. Hadisə şahidləri sosial şəbəkə hesablarında gecə “böyük atəşfəşanlıq” olduğunu bildiriblər.
Qeyd edilir ki, müəssisədə İl-76, İl-78 və L-410 təyyarələri də daxil olmaqla hərbi nəqliyyat və mülki aviasiya avadanlıqlarının, eləcə də təyyarə mühərriklərinin təmiri həyata keçirir. Zavodun öz hava limanı var və dövlət müdafiə sifarişlərinin yerinə yetirilməsində iştirak edir. Müəssisə ABŞ, AB, Yaponiya və digər ölkələr tərəfindən sanksiyalara məruz qalıb./axar.az