Baydendən Trampa sərt mesaj: “Onların yeri həbsxanadır”


ABŞ-ın keçmiş prezidenti Co Bayden yeni kitabında 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə edilən basqına görə Donald Trampı məsuliyyət daşımaqda ittiham edib. O, Trampın həmin hadisələrdə iştirak edən şəxsləri əfv etməsini də sərt tənqid edib.

Turkustan.az xəbər verir ki, “The Atlantic” jurnalı Baydenin ayın sonunda nəşr olunacaq yeni kitabından bəzi parçalar dərc edib.

Bayden kitabında 2021-ci il yanvarın 6-da 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsi üçün Konqresdə keçirilən iclas zamanı baş verən basqına xüsusi yer ayırıb. O bildirib ki, həmin hadisələr Trampı son anda narahat etməli və o, baş verənlərə görə məsuliyyət daşımalıdır.

Keçmiş prezident Trampın Konqresə basqında iştirak edən şəxsləri əfv etməsinə də münasibət bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən cinayətkarlar əfvə layiq deyillər. Onların yeri həbsxanadır”, – deyə, Bayden qeyd edib.

Trampı və onun administrasiyasını dövlət institutlarını məhv etməkdə və nifrəti alovlandırmaqda günahlandıran Bayden keçmiş prezidentə birbaşa müraciət edərək bildirib:

“Polis əməkdaşlarının yumruqlanması, nizə ilə hücuma məruz qalması, üzərlərinə bibər qazı püskürdülməsi və vəhşicəsinə döyülməsi faktını görməzdən gələrək özünüzü hüquq-mühafizə orqanlarının dostu adlandıra bilməzsiniz”.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ