Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - VİDEO


İstehsalatda bədbəxt hadisələr nəticəsində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Turkustan.az Xezerxeber.az-a istinadən məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti bununla bağlı qaydalardan birini təsdiqləyib, digərində isə dəyişiklik edib.

Dəyişikliklər əlillik dərəcəsinin daha şəffaf və konkret meyarlar əsasında müəyyən edilməsinə imkan yaradacaq. Yeni qaydalara əsasən, əlillik dərəcəsinin təyin olunması üçün xüsusi formuladan istifadə ediləcək.

Millət vəkili qeyd edib ki, yeni qaydalar proseslərin elektronlaşdırılmasını da nəzərdə tutur.

Deputat vurğulayıb ki, yeni mexanizmlərin tətbiqi istehsalat qəzaları zamanı əlillik dərəcəsinin daha operativ, şəffaf və vahid meyarlar əsasında müəyyənləşdirilməsinə imkan yaradacaq.


MANŞET XƏBƏRLƏRİ