İran: Son 24 saatda ərzində Hörmüzdən 26 gəmi keçdi


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 23 neft tankeri və ticarət gəmisinin keçdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, SEPAH-ın yaydığı yazılı bəyanatda qeyd olunub ki, neft tankerləri, konteyner daşıyan gəmilər və digər kommersiya məqsədli dəniz nəqliyyat vasitələri Hərbi Dəniz Qüvvələrinin nəzarəti və təhlükəsizlik koordinasiyası çərçivəsində boğazdan keçid edib.

Açıqlamada vurğulanıb ki, Hörmüz boğazında hərəkət edən bütün gəmilər əvvəlcədən icazə almalı və müvafiq koordinasiyanı təmin etməlidir. Bildirilib ki, müəyyən edilmiş marşrutlardan kənar hərəkət qayda pozuntusu sayılacaq və belə hallarda zəruri tədbirlər görüləcək.

SEPAH həmçinin açıqlayıb ki, ötən gecə bir neçə gəmi naviqasiya sistemlərini söndürərək icazəsiz şəkildə Fars körfəzinə daxil olmağa cəhd edib. Lakin donanmanın xəbərdarlığından sonra həmin gəmilər geri çəkilməyə məcbur olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ