Ukrayna İsveçdən 16 ədəd qırıcı alacaq


İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransı zamanı Stokholmun Kiyevə "JAS 39 Gripen C/D" modifikasiyalı ilk 16 ədəd "Gripen" qırırıcısını təhvil verəcəyi məlum olub.

Turkustan.az TSN-ə istinadən xəbər verir ki, qırıcıların təhvil verilməsi 2027-ci ildə baş tutacaq.

Zelenski və Kristersson ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalayıblar. Sənədə əsasən, Ukrayna 2030-cu ilə qədər tədarük edilməli olan daha 22 ədəd "Gripen" qırıcısı satın alacaq.

Ukrayna prezidenti öz növbəsində bildirib ki, Ukrayna "Gripen" qırıcılarını növbəti 10 ay ərzində almağı gözləyir. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ