ABŞ Maliyyə Nazirliyi üzərində Trampın təsviri olan 250 dollarlıq əskinas yaratmaq ideyasını təbliğ edir.
Turkustan.az-ın məlumatına görə, “The Washington Post” rəsmi mənbələrə istinadən belə yazıb.
Qeyd edək ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp mayın 13-də özünün “Truth Social” sosial media hesabında üzərində öz təsviri olan yenidən dizayn edilmiş 100 dollarlıq əskinasın fotosunu paylaşmışdı.
Rəsmi olaraq, ABŞ-nin qurulmasının 250 illiyi münasibətilə üzərində Prezident Donald Tramp və maliyyə naziri Skott Bessentin imzaları olan həqiqi dollar əskinaslarının çap olucağı bildirilirdi.
Lakin görünür, 250 illik qələbə münasibətilə 250 dollarlıq əskinasın buraxılması qərara alınıb. Həmin pulun küləvi tədavülə buraxılacağı, yoxsa rəmzi olaraq dərc olunacağı məlum deyil.
/Cebheinfo.az/