Avropa İttifaqı Şurası “Ukrayna Təsisatı” proqramı çərçivəsində Ukraynaya təxminən 2,8 milyard avro ayrılması barədə qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko “Telegram” kanalında məlumat verib.
“Bu gün Aİ Şurası Ukrayna Mexanizmi proqramı çərçivəsində Ukraynaya təxminən 2,8 milyard avro ayrılması barədə qərar qəbul etdi. Avropa Komissiyası Ukraynanın 2025-ci ilin dördüncü rübü üzrə Planının icrasını müsbət qiymətləndirdi”, – deyə məlumatda bildirilir.
Svırıdenko mühüm qərarların və birgə fəaliyyətin dəstəklənməsinə görə xalq deputatlarına təşəkkür edib. O, həmçinin qeyd edib ki, 2026-cı ilin may ayının sonunadək Ukrayna Planı çərçivəsində nəzərdə tutulan 86 addım artıq tamamlanıb, daha 65 addımın icrası isə davam edir.
Aytən Yaşar/ Turkustan.az