İran rəsmiləri ABŞ ilə aparılan danışıqların ölkənin ali rəhbərliyi tərəfindən tam nəzarətdə saxlanıldığını açıqlayıblar.
Turkustan.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə İranın ali dini lideri Müctəba Xameneinin İnqilab Keşikçiləri Korpusunda nümayəndəsi Abdullah Hacı Sadəqi danışıb.
Onun sözlərinə görə, Vaşinqtonla danışıqlarda iştirak edən İran nümayəndə heyəti ali rəhbərliyin tam nəzarəti altında fəaliyyət göstərir və proses Xameneinin dəstəyi ilə həyata keçirilir.
“Amerikalı nümayəndələrlə aparılan danışıqlar yüksək vəzifəli rəsmilərimizin tam nəzarəti altındadır və ali liderin dəstəyindən asılıdır”, – deyə Sadəqi bildirib.
O əlavə edib ki, Tehran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək.