Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına mühüm çağırış edib.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə Avropa üçün böyük fürsətdir və Aİ bu imkanı dəyərləndirmək üçün tarixi qərar qəbul etməlidir. Türkiyə lideri vurğulayıb ki, Ankaranın ABŞ-dən F-35 qırıcıları ilə bağlı tələbləri məlumdur. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir və türk nümayəndələri amerikalı tərəfdaşları ilə təmaslarını sürdürürlər.
Ərdoğan əlavə edib ki, Ankara danışıqlardan müsbət nəticə gözləyir.