Qəzzanın blokadasını yarmaq və humanitar yardım çatdırmaq məqsədi ilə yola çıxan Qlobal Sumud Donanmasının ətrafında naməlum pilotsuz uçuş aparatları və hərbi fəaliyyət müşahidə edilib.
Turkustan.az xəbər verir ki, Donanmanın Böhran İdarəetmə Qrupunun yaydığı məlumata görə, konvoyun yaxınlığında “naməlum dron və hərbi elementlərin fəaliyyəti” qeydə alınıb.
Donanma rəsmiləri Anadolu Agentliyinə açıqlamalarında bildiriblər ki, yardım daşıyan qayıqlar Antalya sahillərindən hərəkət edərək Qəzzaya doğru səfərlərini davam etdirir və artıq beynəlxalq sulara daxil olublar.
Aytən Yaşar/ Turkustan.az