Netanyahu: “İranla bağlı bütün ssenarilərə hazırıq”


İsrailin Baş naziri Benjamin Netanyahu İranla bağlı bütün ehtimallara hazır olduqlarını bildirib və bu gün ABŞ Prezidenti Donald Trump ilə görüşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, hökumət iclasında çıxış edən Netanyahu deyib: “Gözlərimiz İrana yönəlib. Bu gün də, son dövrlərdə tez-tez etdiyim kimi, dostum Trampla görüşəcəyəm”.

Netanyahu bildirib ki, görüşdə Trampın Çin səfəri ilə bağlı təəssüratları da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. O, İrana mümkün hücum ehtimallarına toxunaraq, “Bir çox variant var. Hər ssenariyə hazırıq” ifadəsini işlədib.

Baş nazir çıxışında Hizbullah tərəfindən fiber optik texnologiyalı dronlardan istifadə edildiyini də qeyd edib. Netanyahu bildirib ki, İsrail hazırda bu tip pilotsuz aparatların yaratdığı təhlükəyə qarşı mübarizə aparır.

O, həmçinin Hizbullahın fiber optik dron hücumlarına qarşı həll yolları hazırlamaq məqsədilə xüsusi işçi qrupunun yaradıldığını vurğulayıb.

Bəzi media orqanlarında ABŞ və İsrailin “gələn həftənin əvvəlində” İrana mümkün hücumlarla bağlı intensiv hazırlıqlar apardığı iddia olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ