Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsinin 14 oktyabr tarixli qərarına əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Belə bir vəziyyətdə Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvülüyündə qalıb-qalmadığı ilə bağlı suallar yaranıb.
Turkustan.az məsələ ilə bağlı kiçik araşdırma aparıb. Bəlli olub ki, R.Mehdiyev hazırda TŞ-nın üzvü olaraq qalmaqdadır.
Təhlükəsizlik Şurasının tərkibi aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının sədri
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Ramil İdris oğlu Usubov
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi
Azərbaycan Respublikası Müdafiə naziri
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Azərbaycan Respublikası Daxili İşlər naziri
Ramiz Ənvər oğlu Mehdiyev
Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli Fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Orxan Sedyar oğlu Sultanov
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qeyd: Təhlükəsizlik Şurasının üzvlərinin siyahısı ilə bağlı rəsmi sayta keçid:
https://scar.gov.az/?/az/menu/12/
Mübariz/Turkustan.az