İsrailin ABŞ səfirindən ŞOK ÇAĞIRIŞ: Türkiyəyə F-35 qırıcıları satmayın


İsrailin Vaşinqtondakı səfiri Yechiel Leiter ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmamasını üstün tutduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Leiter Jerusalem Post qəzetinə verdiyi müsahibədə Türkiyə ilə İsrail arasındakı münasibətlərə də toxunub. O, Türkiyənin coğrafi mövqeyinin strateji əhəmiyyətini vurğulayıb və Ankaranın ABŞ üçün mühüm strateji tərəfdaş olduğunu bildirib.

Leiter, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı “düşmən və döyüşkən” mövqe tutduğunu qeyd edib. Həmçinin, Türkiyənin NATO üzvü olduğunu və böyük orduya sahib olduğunu nəzərə alaraq, İsrailin bölgədəki mövqeyini qorumağa davam edəcəyini bildirib. O, “Qəzzada və ya Suriyada türk əsgərlərinin olması mümkün deyil. Bu, ABŞ tərəfindən qəbul edilən bir tələbdən daha çox praktiki məsələlərə əsaslanır” deyə əlavə edib.

Leiter ABŞ və ərəb ölkələri arasında silah satışlarının İsrailin hərbi üstünlüyünə təhdid yaratmadığını, lakin Türkiyəyə F-35 satılmaması məsələsində İsrailin mövqeyinin dəyişməz olduğunu vurğulayıb: “Türkiyənin ABŞ-dan F-35 almamasını üstün tuturuq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ