Məşhur “South Park” serialı ABŞ prezidenti Donald Tramp və vitse-prezident JD Venslə bağlı səhnələri ilə trend mövzusuna çevrilib.
Turkustan.az xəbər verir ki, çərşənbə gecəsi epizodda J.D.Vans Trampa sevgisini etiraf etdikdən sonra cütlük Linkoln Yataq otağında birlikdə göstərildi. Bu görüntülər sosial mediada geniş etirazlara səbəb olub.
Keçən ay yayımlanan "Twisted Christian" seriyası eyni vaxtda Tramp və milyarder iş adamı Peter Thiel-i hədəf aldı. Bir səhnədə Tramp Şeytanı hamilə etdi və sonra “doğulmamış uşaqdan xilas olmaq üçün” abort tələb etdi.
Serialda daha əvvəl Səddam Hüseyni Şeytana qarşı eyni münasibətlə təsvir etmişdi.
Aytən Yaşar/ Turkustan.az