Sabahdan etibarən "WhatsApp" bu telefonlarda işləməyəcək


Sabahdan etibarən məşhur mesajlaşma proqramı WhatsApp 2016-cı il və daha əvvəl istehsal edilmiş bir çox smartfonda yeniləmələrə dəstəyi dayandıracaq.

Turkustan.az xəbər verir ki, bu cihazlar tezliklə tətbiq üçün tamamilə əlçatmaz olacaq.
Dünyanın ən çox istifadə edilən onlayn mesajlaşma platforması olan WhatsApp sabahdan etibarən bir çox köhnə smartfon modellərinə yeniləmələr təqdim etməyi dayandıracaq. Səbəb kimi şirkət daha az aparat tələbləri olan cihazlarda performans problemlərini göstərib.

WhatsApp-ın son yeniləməsi ilə 2016-cı ildə buraxılan smartfonlar artıq dəstəklənmir. Bu cihazlar nəinki ilkin olaraq yeniləmələri qəbul edə bilməyəcək, həm də müəyyən müddətdən sonra yeniləmə tələbini yerinə yetirmədiyi üçün proqram tamamilə işlək vəziyyətə düşəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ