Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu mənzilləri necə almaq olar?


Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların aylıq ödəniş etməklə mərhələli şəkildə ev sahibi olmasına imkan yaradır. Bu model həm ilkin yükü azaldır, həm də rahat şərtlərlə yaşayış sahəsinin əldə edilməsini təmin edir.

Turkustan.az Valyuta.az-a istinadən kirayə mənzil üsulu ilə ev almaq istəyənlər üçün əsas sualları və cavabları təqdim edir. Bəs hansı sənədlər lazımdır?

Ev sahibi olmaq üçün müraciət edən şəxslər aşağıdakı ilkin sənədləri təqdim etməlidir:

Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza)

Elektron İpoteka və Kredit Zəmanət Sistemində e-imza ilə yaradılmış elektron kabinet

Elektron kabinetdə doldurulan ərizə-anket

Fondun məsul əməkdaşları ilə görüş zamanı da bəzi sənədlər tələb olunur.

Şəxsiyyəti təsdiq edən sənəd

Gəlirləri təsdiq edən sənədlər

Məhkumluq barədə arayış

Ailə tərkibini təsdiq edən sənədlər

Nikahın olması və ya olmaması barədə sənədlər

Bəs kimlər kirayə ev sahibi ola bilər?

Kirayə mənzildən yararlanmaq üçün vətəndaşlar aşağıdakı tələblərə cavab verməlidir:

Azərbaycan Respublikasının vətəndaşı olmalıdır

Məhkumluğu olmamalıdır

Vaxtı keçmiş öhdəlikləri olmamalıdır

Müraciət zamanı yaşı 60-dan yuxarı olmamalıdır

Rəsmi gəlirləri olmalıdır

Eyni zamanda Fondla iki aktiv kirayə müqaviləsi olmamalıdır

Kirayə müqaviləsi bağlanması üçün ümumi nə qədər zaman tələb olunur?

Kirayə müqaviləsinin şərtləri:

Minimal müddət: 3 il

Maksimal müddət: 25 il

Yaş məhdudiyyəti: son ödəniş tarixinədək 70 yaşı aşmamalıdır

Qabaqcadan ödəniş: aylıq ödənişin ən azı 12 misli

Hüquqların ötürülməsi: müqavilə qüvvəyə mindikdən 12 aydan tez olmamaq şərtilə

Vaxtından əvvəl ödəniş: müqavilə bağlandığı gündən mümkündür

Ödəniş necə olmalıdır? Xarici valyuta keçərlidirmi?

Kirayə müqaviləsi üzrə bütün ödənişlər yalnız Azərbaycan manatında həyata keçirilir.

Vaxtından əvvəl ödəniş etmək olarmı?

Bəli, mümkündür. Qaydalara əsasən, kirayə müqaviləsi bağlanan gündən etibarən vətəndaş vaxtından əvvəl tam ödəniş edə bilər.

Bəs kirayə verilən mənzillər necə olmalıdır? Vətəndaşlar üçün nələr təqdim olunmalıdır?

Kirayə ilə təqdim olunan mənzillər müəyyən standartlara cavab verməlidir:

2013-cü ilin 1 yanvarından sonra tikilmiş olmalıdır

Tam təmirli və yaşayışa hazır olmalıdır

Elektrik, qaz və su ilə təmin edilməlidir

İnfrastruktura (təhsil, nəqliyyat, səhiyyə və s.) yaxın olmalıdır

Həyatyani sahəsi olmalıdır

Tikinti normalarına uyğun olmalıdır

Müstəqil qiymətləndiricinin bazar qiymətindən aşağı olmayacaq şəkildə sığortalanmalıdır

Xatırladaq ki, Fond Sumqayıt şəhərində yerləşən Sülh prospektindəki yeni yaşayış kompleksində 219 tam təmirli mənzili də satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edir. Mənzillər 1, 2 və 3 otaqlıdır və aylıq ödənişlər 347 manatdan başlayır. Seçim prosesi 20 noyabr 2025-ci il saat 15:00-dan etibarən açıq olacaq.

Qeyd edək ki, növbəti mərhələlərdə Fondun balansında olan digər mənzillər də uyğun zamanda satışa çıxarıla bilər. Söhbət Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Zəfər küçəsi və Həmdəm Ağayev küçəsindəki yaşayış sahələrindən gedir.


MANŞET XƏBƏRLƏRİ