Dəməşqdə partlayış baş verdi


Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində dəfələrlə raket hücumlarının həyata keçirildiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA hərbi mənbəyə istinadən xəbər verir ki, "Dəməşqdəki ərazilərə xain hücum mobil platformadan atılan raketlərdən istifadə edilməklə həyata keçirilib".

Məlumatda yüngül xəsarətlər alan qadının xəstəxanada müalicə olunduğu bildirilib.

Agentlik bundan əvvəl Mezze bölgəsində iki güclü partlayışın eşidildiyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ