Ərdoğan dəstəklədi, Paşinyan hərəkətə keçdi


Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində daha bir addım atılır.

Turkustan.az xəbər verir ki, bu barədə “Haber7.com” saytı yazıb.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə boyu 10 yeni məscidin tikintisi üçün təşəbbüs göstərir.

Bu məscidlərdən 5-nin Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan 5-nin isə digər böyük şəhərlərdə tikiləcəyi vurğulanır.

Ermənistan hökumətinə yaxın mənbələrin məlumatına görə, bu təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib və o, layihəni iki ölkə arasında mədəni, həmçinin dini əlaqələri gücləndirmək üçün bir fürsət hesab edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ