Almaniya kansleri Fridrix Merz bildirib ki, Türkiyə ilə əməkdaşlıq geosiyasi vəziyyətin tələbi olaraq zəruridir.
Turkustan.az xəbər verir ki, Merz Berlində Cənubi Kipr Rum Administrasiyasının (GCASC) lideri Nikos Christodoulides ilə görüşündən sonra, 2026-cı ilin əvvəlində GCASC-nin üzərinə götürəcəyi AB sədrliyi, Ukraynadakı vəziyyət və AB-nin Türkiyə ilə əlaqələrini müzakirə etdiklərini açıqlayıb.
Merz: "Geosiyasi vəziyyət qarşısında Türkiyə ilə əməkdaşlığa ehtiyac olduğunu vurğuladım," deyərək səfəri barədə Ankaraya məlumat verdiyini və Türkiyə ilə Avropa İttifaqı arasında yaxınlaşma üçün digər imkanları müzakirə etdiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az