9 ölkə BMT-də Qəzza qanun layihəsini dəstəklədi


Türkiyə də daxil olmaqla 9 ölkə hazırda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMGK) gündəmində olan Qəzza qanun layihəsini dəstəklədiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, Türkiyə, ABŞ, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyanın BMT-dəki daimi nümayəndələri Qəzza qanun layihəsi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, adı çəkilən ölkələr ABŞ-ın hazırladığı və hazırda BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirilən Qəzza qanun layihəsini birgə dəstəklədiklərini bildiriblər.

Birgə bəyanatda sözügedən layihədə sentyabrın 29-da elan edilmiş Qəzza sülh planına dəstək və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən görüşlərdə iştirakçı ölkələrin dəstəyinə istinad edilib.

Bəyanatda fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ vurğulanıb və əlavə edilib: “Biz bunun səmimi bir səy olduğunu və planın təkcə İsraillilər və Fələstinlilər arasında deyil, bütün bölgə üçün sülh və sabitliyə canlı bir yol təqdim etdiyini vurğulamaq istəyirik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ