COVİD-19 qorxusu: Koronavurus testini harada verə bilərik?


Son günlər əhali arasında hərarət, öskürək, boğazda ağrı, halsızlıq, eləcə də bədən və baş ağrısı kimi simptomlarla bağlı şikayətlər artıb.

Turkustan.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının “Omikron” variantının bəzi altnövlərinin hələ də dövriyyədə olduğunu bildirib.

Bəzi vətəndaşlar bu əlamətləri özlərində müşahidə etdikdə, bunun koronavirus olub-olmadığını dəqiqləşdirmək üçün test vermək istəyirlər. Lakin harada və necə test verəcəklərini bilmirlər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edərək COVID-19 testindən keçə bilərlər. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ