Min illərdir istifadə edilən kantaron yağı həm bədən, həm də ruh sağlamlığına müsbət təsiri ilə tanınır.
Turkustan.az bildirir ki, Avropa və Asiyada yayılmış sarı çiçəkli kantaron bitkisindən əldə edilən bu yağın iki növü mövcuddur: sarı kantaron (qurudulmuş bitkidən) və qırmızı kantaron (təzə bitkidən).
Kantaron yağının faydaları nələrdir?
Kantaron yağı:
Yara, yanıq, sızanaq və eqzema kimi dəri problemlərində;
Göbələk, bakteriya və viruslara qarşı;
Qəbizlik, qaz və şişkinlik kimi həzm pozğunluqlarında;
Soyuqdəymə, şəkər, qaraciyər və öd yolları problemlərində;
Menopoz əlamətlərinin yüngülləşdirilməsində;
Revmatizm, siyatik və aybaşı ağrılarında;
Depressiya, narahatlıq və yuxu pozğunluğunda;
Saç tökülməsinin qarşısını almaqda təsirli ola bilər.
Necə istifadə olunur?
Sarı kantaron yağı: Daxilə qəbul oluna bilər – gündə 1 çay qaşığı ya da ilıq suya qarışdırılaraq içilə bilər.
Qırmızı kantaron yağı: Yara, yanıq və dəridəki problemlərə az miqdarda masajla tətbiq edilir.
Üz və bədən üçün: Yara və sızanaq izlərinə qarşı faydalıdır, amma allergik reaksiyalara qarşı əvvəlcə test edilməlidir.
Saç üçün: Saç dərisinə masaj edərək istifadə edilə bilər.
Mədə problemlərində: Qəbizlik, qaz və şişkinliyi aradan qaldırmaq üçün daxilə istifadə oluna bilər.
Diqqət: Həssas dərili insanlar və dərman qəbul edənlər kantaron yağını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Əsl kantaron yağı şəffaf, tünd və qatı quruluşda olur. Açıq rəngli və duru olan məhsullarda qarışıqlar ola bilər. /Pravda.az/