4 universitetlə bağlı qərar VERİLDİ


Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilib.

Turkustan.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərarlara əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universiteti yenidən təşkil ediləcək.

Universitetlərin nizamnamələri təsdiq edilib və Elm və Təhsil Nazirliyinə qərarların qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Bakı Slavyan Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.


MANŞET XƏBƏRLƏRİ