Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var


Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket var.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

"Kəşfiyyat məlumatımıza əsasən, Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket var və hər ay 140-a qədər belə raket istehsal olunur", - Ukrayna Prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiya kütləvi hücumların taktikasını dəyişdirir: "Taktiki dəyişikliklər təkcə hücumların sayında deyil, həm də zərbələrin texnologiyası, xüsusən də reaktiv raketlərin nisbətində hiss olunur"./publika.az


MANŞET XƏBƏRLƏRİ