Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə İttifaqının növbəti toplantısı keçiriləcək.
Turkustan.az xəbər verir ki, Strateji Siyasi və Müdafiə Komitəsinin toplantısı oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu iştirak edəcəklər.
Toplantıda ittifaqın institusional inkişafı, gələcək addımlar və regiondakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Hakan Fidanın isə Türkiyənin ittifaqın gələcək fəaliyyəti ilə bağlı mövqeyini açıqlaması, həmçinin Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda regional təhlükəsizlik məsələlərinə toxunması gözlənilir.
Qeyd edək ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə İttifaqı barədə saziş avqustun 7-də imzalanıb.
Anlaşma üç ölkədən birinə qarşı silahlı hücumun bütün tərəflərə qarşı edilmiş hesab olunmasını və ortaq müdafiə mexanizminin gücləndirilməsini nəzərdə tutur./Globalinfo.az