Məktəblilərin qış tətili sabah başa çatır


Sabah ümumi təhsil müəssisələrində qış tətili başa çatır.

Turkustan.az xəbər verir ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edib. 5 gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil edilib./modern.az


MANŞET XƏBƏRLƏRİ