Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaranmasının 8 ili tamam olur.
Turkustan.az xəbər verir ki, 2018-ci ildə fəaliyyətə başlayan institut, ölkədə dini maarifləndirmə və təhsil sahəsində önəmli rol oynayır.
Ali təhsil ocağı 8 illik fəaliyyəti ərzində yüzlərlə gənc mütəxəssisin yetişdirilməsinə, elmi-tədqiqat işlərinin aparılmasına və dini tədrisin keyfiyyətinin yüksəldilməsinə önəmli töhfələr verib.
İnstitut rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində müddət ərzində ölkədə dini maarifləndirmənin gücləndirilməsi, tolerantlıq və milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli işlər görülüb. Tələbələr müxtəlif elmi konfranslarda, seminar və beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edir, ilahiyyat elminin inkişafı naminə faydalı xidmət göstərirlər.
İnstututun gələcəkdə də gənc kadrların yetişdirilməsinə, dini maarifləndirmə işlərinin genişləndirilməsinə və cəmiyyətin mənəvi inkişafına layiqli töhfə verəcəyini əminliklə söyləmək mümkündür.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutuna ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov rəhbərlik edir. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 may 2020-ci ildə imzaladığı Sərəncamla Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsinə təyin edilib.