İki həftədən sonra Azərbaycanda növbəti dərs ili başlayacaq.
Turkustan.az-ın məlumatına görə, ölkəmizdə dərs ili hər il sentyabrın 15-də başlayır, 14 iyunda başa çatır.
Qeyd edək ki, bəzi ölkələrdə dərs ili bu gün – sentyabrın 1-də başlayır. Xatərladaq ki, Azərbaycanda da yeni tədris ili 2004-cü ilədək sentyabrın 1-də başlayıb, mayın 15-də çalınan “Son zəng”lə başa çatırdı. Dərslərin sentyabrın 15-dən başlaması Prezident İlham Əliyevin 2004-cü il avqustun 21-də imzaladığı fərmanla qərarlaşdırılıb. Bu fərmanla Bilik Günü sentyabrın 15-nə təyin edilib.
Bakıvaxtı.az bu gün “Bilik günü”nü qeyd edən ölkələrin siyahısını təqdim edir:
Belçikada dərs ili sentyabrın 1-i başlayır və iyunun 30-na kimi davam edir.
Çexiyada da “Bilik günü” 1 sentyabrda başlayır. İyunun 30-da isə məktəblilərin tətilinə start verilir.
Estoniya da dərslərin 1 sentyabrda başladığı ölkələrdəndir. Burada da tədris ili iyunun sonlarında başa çatır.
Macarıstanda dərs ili 1 sentyabr – 15 iyun aralğlğını əhatə edir.
Ukraynada da məktəblər sentyabrın 1-dən açılır.
İsraildə ilk dərs günü sentyabr 1-də başlayır. Dəsr ilinin bitmə tarixi idə fərqli olur. Belə ki, itidai siniflər üçün son dərs günü iyunun 30-da, orta məktəb və liseylər üçün isə iyunun 20-də olur.
Rusiyada “Bilik günü” ənənəvi sentyabrın 1-də qeyd olunur. Məktəblilərin yay tətili mayın 25-dən başlayır.
Ermənistanda məktəblər 1 sentybard açılır və mayın sonuna qədər davam edir.
Polşada da dərslər sentyabrın 1-də başlayır. İyunun 20-dən sonrakı ilk cümə günü isə məktəblər bağlanır.
Sloveniyada yeni dərs ili sentyabrın 1-dən başlayıb iyunun 24-də başa çatır.